Qiymətlədirmə Xidməti

Bildiririk ki, rəhbərlik etdiyiniz Bakı Apellyasiya Məhkəməsində baxılan mülki və inzibati-iqtisadi mübahisələr dair işlər üzrə qiymətləndirmə və konsaltinq xidmətlərini təklif etdiyimiz “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC-nin qiymətləndirmə və bu sahədə konsaltinq xidmətləri bazarında eskpertlərinin obyektivliyi, peşəkarlığı, operativliyi, fəaliyyətində şəffaflıq və dürüstlük meyarlarını rəhbər tutması ilə sifarişçilərin etimadını doğrultmuş, məhz elə buna görə də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, habelə həmin nazirliyin ayrı-ayrı strukturları, o cümlədən Xətai, Abşeron, Nizami, Nəsimi, Yasamal və digər icra şöbələri və qurumları ilə aramızda qiymətləndirmə xidmətlərinin göstərilməsi ilə bağlı müvafiq əməkdaşlıq müqavilələri bağlanılmışdır. Əlavə olaraq bildiririk ki, xidmətlərini təklif etdiyimiz “Qiymətləndirmə Xidməti Mərkəzi” MMC istənilən növ daşınar və daşınmaz əmlak (ev, mənzil, qeyri-yaşayış sahəsi, torpaq, iaşə obyektləri, avtomobil, su, hava və dəmiryol nəqliyyatı vasitələri, o cümlədən qızıl-zinət məmulatları) növlərinin “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanuna, digər qanunvericilik aktlarına əsaslanaraq Beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi və bu sahədə konsaltinq xidmətlərini təklif edirik.